S
ə n ə m: |
Qoca kaftar, sənə
on beş yaş olan qız nə gərək?
Qorxmayırsanmı ki, axırda gələ başa
kələk. |
G ü
l n a z: |
Sənə yüz
yaşlı dul arvad yaraşar, ey dəyənək! |
Bir yerdə: |
Üzünü
it də görərsə yalamaz, sən eləsən |
M u s i q i
|
Məşədi
İbad : |
Görürəm
kim, mənə sən çox yetirirsən gözünü.
Qorxuram kim, ki axırda itirəsən özünü.
|
G ü l n a z: |
İstəyirsənmi,
sözün mən deyərəm lap düzünü |
Bir yerdə: |
Sən
kimi bir qocaya qız yaramaz, sən öləsən! |
G ü
l n a z: |
(Dururlar).
Hələ ki, xudahafiz, biz gedək. |
Məşədi İbad
: |
Ay çox sağ olun, allah
pənahında olasınız! (Gedirlər). Bir
dəli şeytan deyir ki, ikisini də birdən al!
|
R ü s t ə m b ə
y : |
(daxil olur). Necədir,
qızı bəyəndin? |
Məşədi İbad
: |
Qızı da bəyəndim,
hələ desən qulluqçunu da!
|
R ü s t ə m b ə
y : |
Bir beş-altı yüzdən
keç, onu da sənə peşkəş eləyim.
|
Məşədi İbad
: |
Yox, o hələ sonranın
işidir. Yaxşı, indi hələ ki, mən
getdim!
|
R ü s t ə m b ə
y : |
Yox, Məşədi,
bir az dayan! |
Məşədi İbad
: |
Nə var ki?
|
R ü s t ə m b ə
y : |
(yalançı sədaqət
ilə). Məşdi İbad, sənin üzünə
demirəm, amma, sən bunu bil ki, mən sənin
qohumluğunu özüm üçün böyük
bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq
edək. Bir neçə nəfər dost-aşna
cağırmışam, indi bu saat gələrlər,
oturub söhbət edərik. |
Məşədi İbad
: |
Rüstəm bəy! Çox
adamlar mənimlə qohum olmaq istədilər, hətta
qubernatın dilmancı Cəfər bəyin xalası
oğlu Daşdəmir bəy — ki, mənə iki
min manat pul verəcəkdir və səkkiz yüz
otuz altı manat on dörd şahı mamiləsi
edir, — keçən gün mənə deyirdi ki,
bir qızım olubdur, qoy böyüsün, sənə
verəcəyəm. Amma mən hər adamla qohum
olmaq istəmirəm. Qərəz... Qonaqların
kimdir? |
R ü s t ə m b ə
y : |
Birisi millətpərəst
Həsənqulu bəydir ki, sən onu tanıyırsan. |
Məşədi İbad
: |
Yaxşı tanıyıram,
mənə iki yüz manat da verəcəkdir. |
R ü s t ə m b ə
y : |
Birisi qəzetçi Rzadır
ki, tanıyırsan, birisi qoçu Əsgərdir
ki, onu da tanıyırsan. Biri də intelligent Həsəndir
ki, onu tanımazsan. Çünki o bir qədər
mər-dimgirizdir, çox oxuyub deyən bir qədər
başı xarab olubdur. (Qapı döyülür).
Aha, gəldilər. Buyurun-buyurun! |
Qapı açılır, Həsənqulu
bəy, Rza, Əsgər, Həsən və xor
daxil olurlar. Sonra səhnənin ortasında üç-üç,
durub, guya söhbət edir kimi oxuyurlar.
|
M u s i q i
|
Həsənqulu bəy: |
Deyirlər ki, toy olacaq.
|
Rza bəy: |
Məşdi İbad qız
alacaq. |
Əsgər: |
Söylə görüm
toy haçandır? |
Həsən bəy: |
Doğrudurmu toy olacaq?
|
H a m ı. |
Bəs nə vədə,
nə vədə toy olacaq. (2 dəfə) |
R ü s t ə m b ə
y : |
Allah qoysa, tez toy olar.
|
Rza bəy: |
Söylə görüm
toy haçandır? |
Məşədi İbad
: |
İnşallah, tez toy
olar |
Həsən bəy: |
Doğrudurmu toy olacaq?
|
H a m ı. |
Bəs nə vədə,
bəs nə vədə toy olacaq. (2 dəfə)
|
Həsənqulu bəy: |
Yəqindir ki, bu toyda...
|
Əsgər: |
Bu toyda... |
Həsən bəy: |
Bu toy, bu toy, bu toyda.. |
H a m ı. |
Cib dolacaq, dolacaq pullar
ilən. (2 dəfə)
Bəs nə vədə, nə vədə toy
olacaq. (2 dəfə) |
M u s i q i
|
R ü s t ə m b ə
y : |
Həzərat! Əhvalat
özünüzə mə'lumdur. Mən gözümün
ağır-qarası olan bir qızımı, bax,
bu kişiyə ərə verirəm. |
Rza bəy: |
(kənara). Kişiyə
yox, kişinin puluna. |
R ü s t ə
m b ə y : |
Və özüm də
bu qohumluğu özüm üçün... |
Rza bəy: |
Pul dağarcığı
hesab edirəm. |
R ü s t ə
m b ə y : |
Böyük bir şərəf
hesab edirəm. |
H a m ı. |
Əlbəttə, əlbəttə.
Allah mübarək eləsin! |
Bu əsnada nökərlər daxil olub,
stol qururlar və üzərinə butulka, stakan
və «zakuska» düzürlər. |
R ü s t ə
m b ə y : |
Həzərat! Təvəqqə
edirəm stola əyləşin; bir qədər
boğazımızı yaş edək. |
Hamı oturur, Məşədi İbaddan
başqa.
|
Rza bəy: |
Bəs Məşdi İbad?
|
Məşədi
İbad : |
Xeyr məni bağışlayın,
mən pəhrizəm. Siz öz işinizlə
məşğul olun, mən buradaca əyləşərəm.
(Bir tərəfdə bir kresloda əyləşir). |
Həsənqulu
bəy: |
Həzərat! Təvəqqə
edirəm stakanlarınızı doldurasınız
və mənə də izn verəsiniz ki, bir neçə
kəlmə söz deyim. |
H a m ı. |
Buyur, buyur. |
Həsənqulu
bəy: |
Həzərat! Özünüzə
mə'lumdur ki, dünya getdikcə xarablaşır,
yə'ni mən onu demək istəyirəm ki, bu
dünya getdikcə xarab olur; öylə ki, hamının
qəlbi pozulub, min cür hiylə ilə dolur,
yə'ni mən onu demək istəyirəm ki, bu
dünyada təmiz və saf qəlbli adam tapmaq
çətindir. |
Məşədi
İbad : |
(kənara). Ələlxüsus
mənim kimi axmağı ki, sənə iki yüz
manat verib, iki ildir ki, ala bilmirəm. |
Həsənqulu
bəy: |
Yə'ni mən onu demək
istəyirəm ki, bu qədər çirkin ürəkli
və qara qəlbli adamlar içində bir nəfər
də saf dərun və qəlbi pak adam görmək
necə böyük xoşbəxtlikdir. İndi
mən onu demək istəyirəm ki, həmin o
kənarda oturan Məşədi İbad həmin
saf dil adamların ən böyüyüdür,
ona görə qalxızaq bu badəni onun sağlığına.
Yaşasın Məşədi İbad! |
H a m ı. |
Yaşasın, yaşasın,
Məşədi İbad! |