Rüstəm bəy
: |
Bu nə sözdür! |
S ə r v ər: |
Çünki mən Gülnazı
öldürəndən sonra daha özüm yaşamayacağam. |
Rüstəm bəy
: |
(acıqlı).
Sən mənim qızımı öldürə
bilməzsən! |
S ə r v ər: |
Sənin xəbərin
olmayacaqdır. |
Rüstəm bəy
: |
Neçün? |
S ə r v ər: |
Çünki əvvəlcə
səni öldürəcəyəm. |
Rüstəm
bəy : |
Bu
nə danışır, ədə, dəlidir
nədir? |
S ə
r v ər: |
Bax, sən
bu qızı bədbəxt eyləmək istəyirsən.
Amma mən, Sərvər, sən Rüstəm bəyə
deyirəm ki, hərgah bunu mənə verməsən,
onda bir güllə sənə, bir güllə qıza
və bir güllə də özümə vuracağam!
(Gedir). |
Rüstəm bəy : |
Bacı oğlu, bir bura bax!
Axı, mən özgəsinə söz vermişəm,
iş işdən keçibdir. |
S ə r v ər: |
Hərgah sən mən
deyənə razı olsan, işi düzəldərəm. |
Rüstəm bəy : |
Nə tövr düzəldərsən? |
S ə r v ər: |
Əvvəl de görüm,
acığın soyudumu? |
Rüstəm bəy : |
Soyudu. |
Sərvər əyilib
onun qulağına nə isə deyir. |
Rüstəm bəy : |
Əşi, qoy görək!
Eylə də iş olarmı? |
S ə r v ər: |
Sənin canın üçün,
mən düz deyirəm, razısanmı? |
Rüstəm bəy : |
Yaxşı, razıyam,
amma bəlkə baş tutmadı? |
S ə r v ər: |
Onda qızı hər
kəsə istəyirsən ver! |
Rüstəm bəy : |
Çox gözəl! |
S ə r v ər: |
Amma sən Məşədi
İbada heç bir söz demə və onu tələsdir
ki, tez toyu eləsin. |
Rüstəm bəy : |
Çox gözəl, deyəsən
ağıla batan şeydir, görək? |
S ə r v ər: |
Bax, əyər iş
tutdu-tutdu və illah tutmadı... |
|
Hamı: |
Babalı Sərvərin
boynuna. (2 dəfə) |
S ə r v ər: |
Əyər işi düz
eləməsəm... |
Rüstəm bəy : |
Düz eləməsən... |
S ə r v ər: |
Gər bacarmasam... |
Rüstəm bəy : |
Gər bacarmasan... |
Hamı: |
Babalı Sərvərin
boynuna. (2 dəfə) |
Musiqi çalınır,
oynayırlar və sonra gedirlər. Məşədi
İbad pərişan və pəjmürdə
bir hal ilə küçədə vaqe olur, hambal
da dalınca. |
|
Məşədi İbad
: |
(bayatı oxuyur).
Ayrı düşdüm yarımdan,
Əl çəkmişəm canımdan,
O qədər başımı itirmişəm
ki,
Adım çıxıb yadımdan. |
Hambal: |
Mən aşiq o kəndə
də,
Belə o kəndə də, bu kəndə də.
Belə əcəb oğlan qoyub getmisən
A bu kişini əkən dədə! |
Küçə adamları
hamısı buraya yığılırlar. |
Məşədi İbad
: |
İşlərim hamısı
zülm getdi.
At axtardım çulum getdi.
Cavan qıza bel bağladım,
Beş min manat pulum getdi. |
|
Adamlar : |
Əvvəldən aşina
idin, yad oldun nədən? (2 dəfə)
Səni qoydu qaçdı o nazik bədən!
Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!
Aman, aman, aman, aman,
Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz! |
Məşədi İbad
: |
Əvvəldən bilsəydim
verməzdim pulu, (2 dəfə)
Xəlqin eyləməzdim cibini dolu.
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
Aman, aman, aman, aman!..
Ay maralım, Gülnaz-bala, ay maralım, Gülnaz!
|
Adamlar : |
Dedin qocalıqda bir qız
alasan, (2 dəfə)
Cavan qızı alıb evə salasan. Ay belə
iş olmaz!.. |
Hambal: |
A Məşədi, belim
sınıbdır, sən gəl bir abbası da
verginən. |
Sənəm: |
(lap azarlı kimi).
A gedə, rədd ol başımdan! Mən nəyin
dərdindəyəm, sən nəyin dərdindəsən.
Təki mənim də dərdim sənin kimi bir
abbası olaydı. |
Millətpərəst
H ə s ə n q u l u b ə y gəlir.
|
Həsənqulu bəy: |
Məşədi İbad,
salamünəleyküm. A kişi, bu nə işdir?
Eşitdim ki, qızın iki adaxlısı vardır? |
Məşədi
İbad : |
A Həsənqulu bəy,
sən allah, indi insaf eləyin. Sənin yanında
Rüstəm bəy demədi ki, qızı sənə
verirəm? |
Həsənqulu
bəy: |
Dedi! |
Məşədi
İbad : |
Sonra məni evinə çağırmadı? |
Həsənqulu
bəy: |
Çağırdı! |
Məşədi
İbad : |
Siz də qonaq gəlmədiniz? |
Həsənqulu
bəy: |
Gəldik! |
Məşədi
İbad : |
Qonaqlıqda məni mübarəkbad
eləmədiniz? |
Həsənqulu
bəy: |
Elədik! |
Məşədi
İbad : |
Birisi də mənə
orada meymun demədi? |
Həsənqulu
bəy: |
Dedi. |
Məşədi
İbad : |
Mən də onunla dalaşmadım? |
Həsənqulu
bəy: |
Dalaşdın! |
Məşədi
İbad :: |
Siz də bizi aralaşdırmadınız? |
Həsənqulu
bəy: |
Aralaşdırdıq! |
Məşədi
İbad : |
(bərkdən).
Bəs bu nə gələkdir ki, Rüstəm
bəy mənim başıma gətirir, özü
də hələ mənim beş min manat pulumu
yeyibdir. |
Həsənqulu
bəy: |
Sən heç qəm eyləmə.
İşi düzəltmək asandır. İstərsən
mən düzəldərəm! |
Məşədi
İbad : |
A kişi, atana allah rəhmət
eyləsin, düzəlt, düzəlt yoxsa əhvalım
çox pərişandır. |
Həsənqulu
bəy: |
Çox gözəl! Onda
tez ol, bir beş yüz manat ver, çünki bu
işdə bir balaca pul lazımdır. |
Məşədi
İbad : |
(təəccüb
ilə). Nə? Beş yüz manat pul verim?! |
Həsənqulu
bəy: |
Əlbəttə, pulsuz
olmaz ki!.. |
Məşədi
İbad : |
Ə kişi, vallah, mən
dağıldım, mən söküldüm, mən
bu qədər pulu haradan alım verim! |
Həsənqulu
bəy: |
Özün bilərsən,
amma mən belə güman edirəm ki, beş
min manat verən adam, beş yüz də verə
bilər, artıq pul deyildir. |
Məşədi
İbad : |
(əlini qoynuna salıb
pul çıxardır). Çünki oldun dəyirmançı,
çağır gəlsin dən, Koroğlu! Bu
bir yüz, bu iki yüz, bu üç yüz. Özün
də mənə iki yüz borcusan, elədi beş
yüz. |
Həsənqulu
bəy: |
Hə!.. İndi işi
düzəldərəm, ancaq sən bir qəzetçi
Rzanı da gör, çünki Rustəm bəy
qəzetədən çox qorxan adamdır. (Baxır).
Aha, budur, özü də gəlir. |