Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


ÜÇÜNCÜ MƏCLİS

Bir hamamın soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə bürünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəç, yanında mücrü. Özu də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta Məhərrəm Kərbəlayı Nəsirin başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.

video
video

M u s i q i

Hamı:

(oxuyurlar). Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

Hamavdan bir səs :

Gəl, ey ha!.. Bir yumurta!..

Hamı:

Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var.

M u s i q i

Dəllək qırxır, hamamçı qəlyan çəkir.

Məşədi Qəzənfər : Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən?
Hamı: Hamamda!.
Məşədi Qəzənfər : Yazın istisində harada sərinləyə bilərsən?
Hamı:

Hamamda!.

Məşədi Qəzənfər : Daha kim deyə bilər ki, hamam pis şeydir?
Hamı: Əşi, heç kəs!
Məşədi Qəzənfər :

Bəs belə de!

Usta Məhərrəm :

Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə Heyfsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klubda, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan sonra harada istirahət edə bilərsən?

Hamı:

Hamamda!.

Usta Məhərrəm :

Harda bir parça ləzzət görərsən?

Hamı:

Hamamda!.

Usta Məhərrəm :

Daha kim deyə bilər ki, hamam pis şeydir?

Hamı:

Əşi, heç kəs!

Usta Məhərrəm :

Bəs elə, de gəlsin!

Hamı:

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, tez gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

Hamavdan bir səs :

Gəl, ey ha!.. Bir papiros, özü də müştük ucunda. (Aparırlar).

Hamı:

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

M u s i q i

Kərbəlayı Nəsir:

(dəllək ülgüç itiləyərkən). Mən özüm bisavadam, amma kitabda yazılanlardan oxuyurdular, mən də eşitmişəm: müsəlman padşahları bir yerdə şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra məscid. Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan, bəs sonra harda təmiz olursan?

Hamı:

Hamamda!

Kərbəlayı Nəsir:

Harda pak olursan?

Hamı:

Hamamda!

Kərbəlayı Nəsir:

Daha kim deyə bilər ki, hamam pis şeydir?

Hamı:

Əşi, heç kəs!

Kərbəlayı Nəsir:

Bəs belə!

Məşədi Qəzənfər :

Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər, nağıl deyənlər, dərvişlər — hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini feyziyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidirsən?

Hamı:

Hamamda!

Məşədi Qəzənfər :

Harda dünya qayğısını yadından çıxardarsan?

Hamı:

Hamamda!

Məşədi Qəzənfər :

Daha kim deyə bilər ki, hamam pis şeydir?

Hamı:

Əşi, heç kəs!

Məşədi Qəzənfər :

Bəs elə isə de gəlsin!

M u s i q i

Hamı:

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var!..

Hamavdan bir səs :

Gəl, ey he!.. Ab xurdan, içində qəmiş. (Aparırlar).

M u s i q i

Hamı:

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var!.. gəl.

Usta Məhərrəm :

Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış həkimlər dərmanlarından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz deyin, harda yaxşı qan aldırmaq olar?

Hamı:

Hamamda!

Usta Məhərrəm :

Harda yaxşı baş qırxdırmaq olar?

Hamı:

Hamamda!

Usta Məhərrəm :

Harda yaxşı həna yaxmaq olar?

Hamı:

Əşi, hamamda!

Usta Məhərrəm :

De, bəs belə!

Məşədi Qəzənfər :

Həna dedin, yadıma Sə'di Əlyəəl-rəhmənin bir şe'ri düşdü ki, günlərin bir günündə rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb, ətrindən bihuş olub və o xüsusda bu şe'ri deyibdir:
Gili-xoşbuyi dər həmmam ruzi
Rəsid əz dəsti-məhbubi be dəstəm.
Bədu qoftəm ke, mişki, ya ənbəri
Ki, əzbuyi-delavizito məstəm.
Bəqofta mən gili-naçiz budəm
Və leykən moddəti ba gün neşəstəm.
Kəmali-həmneşin bər mən əsər kərd
Və gərna mən haman xakəm ki, həstəm!
İnandırıram sizi ki, əgər Sə'di Əlyəəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şe'ri yaza bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir?

Hamı:

Heç kəs!

Məşədi Qəzənfər :

Bəs belə isə de gəlsin!

M u s i q i

Hamı:

Hamamın içində, içində də çölundə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

Hamavdan bir səs :

Gəl, ey ha!.. Qətfə! Gəl apar!
Çamadarlar qətfə ilə gedirlər.

Hamı:

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..


© Musigi Dunyasi, 2005