Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


Əsgər:
video


(Ayağa durur, çox bərk danışır).
Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım (göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn götürüldü; ədə, dayan, ədə dayan!.. Dayanmadı, part, bir güllə!.. Bir də gördüm: şarap!.. Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gördüm kim?.. Həmin bu Məşdi İbad! Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm.

Məşədi İbad : Çox sağ ol! (Kənara). Heç görün dəxli var?!
Rza bəy:
video



(durur).
Əfəndilər, müsaidənizlə bir qaç gəlmə sez ifadəsinə əşəddi ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm, əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?
R ü s t ə m b ə y : Çox sağ ol, çox razıyam!
Rza bəy: (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyirəm; ya həqarətmi? Oylə isə, ıən burada oturmam! (Tələsik papağını geyir).
R ü s t ə m b ə y :

Rza bəy, hara buyurursan?

Rza bəy: Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetimdə yazaram..
Həsənqulu bəy: Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.
O b i r i l ə r i.

Vallah, biz də başa düşmədik.

Məşədi İbad :

Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur)

R ü s t ə m b ə y :

Sən allah, bizi mə'yus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq.

Həsən bəy:

(ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim!

H a m ı.

Buyur-buyur!

Məşədi İbad :

Görək, bu nə deyir?

Həsən bəy:

Ğaspoda! Platon demişdir ki, çelovek jivotnoye obşestvennoye, yə'ni insan bir sürü heyvandır..

Məşədi İbad :

Heyvan özünsən!

Həsən bəy:
video

 

Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı «buşmen»lərə və «kontintot»lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir.

Məşədi İbad :

Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan.

Həsən bəy:

Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona görə yaşasın Rüstəm bəy!

H a m ı.

(yavaşdan). Yaşasın, yaşasın!..

Rza bəy:

Maşallah bu kəlama!

Həsənqulu bəy:

Daha nitq demək lazım deyildir. Duraq ayağa!

H a m ı.

Duraq! (Dururlar).

audio
video
Əsgər:

Yavaş-yavaş getmək vaxtı dəyildirmi?

H a m ı.

Bəli, vaxtdır.

Həsənqulu bəy:

Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl verir).

Əsgər:

Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz.

Həsən bəy:

Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir).

Məşədi İbad :

(acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən?

R ü s t ə m b ə y :

Nə oldu, nə oldu?

Həsən bəy:

Pozvolte, pozvolte, ya yemu zadam merzavsu!

Hamı yığılır. «Nə oldu, nə oldu?» deyib, aralaşdırırlar, şuluqluq düşur.
audio
video

M u s i q i

Həsən bəy:

Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə)
Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə)

Həsənqulu bəy:

A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,
İntiligent ola-ola savaşırsan. (2 dəfə)

Məşədi İbad :

Həzərat! Əhvalat özünüzə mə'lumdur. "Mən gözümün ağır-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm".

H a m ı.

A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə)
Xalqın evində dava etmək pis şeydir.
Xalqın evində dava etmək pis şeydir.
Adama yaraşmaz, adama yaraşmaz,
Adama yaraşmaz, maz, maz, maz, maz, maz...

P ə r d ə


© Musigi Dunyasi, 2005