DÖRDÜNCÜ MƏCLİS
Məşədi İbadın evində
vaqe olur. Toy məclisidir. Qoçu Əsgər «Padşah»
olub, yuxarı başda əyləşibdir. Səhnədə
olanlar: Həsənqulubəy, Rzabəy, Əsgər
və qonaqlar. Pərdə qalxır. Oyunçu qız
ləzginka oynayır. Bəəd çıxıb
gedir.
|
Əsgər: |
Mən tar çalana əmr
edirəm ki, bir «Roza» havası çalsın, Həsənqulu
bəy durub oynasın! |
Həsənqulubəy: |
(ayağa durur). Padşah
sağ olsun, vallah, mən oyun bilmirəm, məni
bağışla! |
Əsgər: |
Çəkin onu ortaya,
bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu
bəyi çəkib oynadırlar. Bəədə
haman qərar ilə Rza bəy oynayır). Çəkin
buraya Məşədi İbadı! Bəy gərək
toyunda oynasın ki, ucuzluq olsun. |
O biri otaqdan Məşədi
İbadı gətirirlər. Məşədi
İbad «Mirzəyi» havasını oynayır. |
Həsənqulubəy: |
Balam, dəxi vaxtdır,
gedək gəlini gətirməyə. |
Hamı: |
Bəli, vaxtdır
(Ayağa durub hamı gedir). |
Məşədi
İbad : |
(daxil olur).
Türkdə bir məsəl var: deyərlər ki,
hər gözəlin bir eybi olar. Qonaqlar bu evdə
olanda mən o biri otaqda səhərdən bəri
fikirdə idim ki, ayə, mənim eybim nədir? İndi
bilmişəm ki, mənim bir eybim varsa, o da eybsizliyimdir.
hərçənd bu çox nazik mətləbdir,
amma həqiqətdə də belədir ki, var. Hərkah
mənim bir danə eybim olsaydı, xalq deyərdi
ki, zərər yoxdur, hər gözəlin bir eybi
olar. Amma indi mənim heç bir eybim yoxdur, ona görə
də heç kəs mənə gözəl demir.
Bütün məsələ bun-dadır. Vəssəlam...
hər halda qız nə qədər gözəl
olsa da bir o qədər mənə baha oturdu. Beş
min manat Rüstəm bəy və toy xərci, beş
yüz manat Həsənqulu bəyə rüşvət,
yüz manat Rza bəyə rüşvət, əlli
manat Həsən bəyə rüşvət, bir
abbası hambala müzd, dörd yüz manat... Əşi,
hesab eləməsəm yaxşıdır! Daha ürəyim
xarab olur. Amma pis geyinməmişəm, ha!.. (Ətrafına
baxır və dalını görmək üçün
fırlanır və sonra bir yerdə əyləşir).
Bəli, qız gəlsin görək nə olacaqdır.
(Zümzümə eyləyir):
Şəb əsl şəhido' şəmo
şərabo şirini,
Ğənimət əst ke, şəbi ruyi dustan
bini!
Qız gəlsin, amma mən bir şeydən qorxuram
ki, evdə oturmağa hövsələsi gəlməsin,
çünki o cürə evdə böyümüş
qız bir az kəmhövsələ olar. (Acıqla).
Ağzı nədir! Valla-hi, bax bu gündən bir
yekə qıfıl alacağam. Səhər durub
dükana gedəndə qapını qıfıllayıb,
açarını aparacağam ta axşam qayıdana
qədər, qoy qalsın evdə, evə öyrəşsin;
pəncərələri də daldan taxta ilə
vurduracağam. Çox da o yan-bu yan eyləsə,
döyəcəyəm, çünki arvad ki, döyülmədi,
xarab olar; arvad ərindən nə qədər kötək
yesə bir o qədər ərin çox istəyər.
Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm.
Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə
tori saldımsa, iki saat nəfəsini ala bilmədi;
o idi ki, məni görən kimi üzümə
gülərdi. Rəhmətlik Pərzada günlərin
bir günü bir sillə çəkdim ki, bir dişi
sındı, o idi ki, sonra bir kərrə olsun üzümə
durmadı. Tək bircə mürtəd oğlunun
qızı Gülxanıma bir ağac ilə elə
çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu
da o yan-bu yan eyləsə budur, onun canıdır.
(Yumruq göstərir. Bu əsnada daldan: «allah»,
«allah» səsi gəlir, zurna çalınır).
Paho, gəlin gəldi, mən qaçım! |
Qaçır o biri
otağa. G ə l i n i gətirirlər. S ə
n ə m dəxi gəlin ilə içəri girir. |
Birisi: |
Aha, de gəlin
bəri çıxın! Sənəm, sən də
bu biri otağa gəl.
|
Hamı çıxır,
tək gəlin qalır. |
|
Məşədi
İbad : |
(daxil
olur). Mən nə qədər, nə qədər
qoca olsam da, Dəyərəm min cavana...(və
i. a. oxuyur). |
|
X a n
ı m, ay xanım, zəhmət çək, başından
çarşabı qoy yerə, sənə canım
qurban! Çarşabın içindən gəlin əvəzinə
S ə r v ə r çıxıb, əlindəki
siğarı tapança kimi uzadır M ə ş
ə d i İ b a d a tərəf. |
Məşədi İbad
: |
Vay!. (deyib çökur). |
S ə r v ər: |
Səsin çıxdımı,
başına bir güllə vuracağam! Tez ol,
bir kağız-qələm götür! |
Məşədi İbad
: |
(qorxu ilə). De
qoy tapım da!.. (Stolun üstündən kağız-qələm
götürür). Bəs indi nə qayırım? |
S ə r v ər: |
Otur, bu saat mən deyəni
yaz, tez ol, yoxsa vurdum gülləni! |
Məşədi İbad
: |
Yazım da, vallah, bu saat
yazım! |
S ə r v ər: |
Yaz! (Bərkdən
deyir). Mən, Məşədi İbad Kərbəlayı
Xocaverdi xan oğlu... |
Məşədi İbad
: |
Vaxsey!.. Atamın adını
da bilir! |
S ə r v ər: |
Danışma, yaz, yoxsa
odlaram səni! |
Məşədi İbad
: |
Vallah, danışmıram,
yazıram, sonra? |
S ə r v ər: |
Rüstəm bəyin
qızı Gülnaz xanımı almaq istəmirəm. |
Məşədi İbad
: |
İstəyirəm... |
S ə r v ər: |
(acıqlı),
İstəmirəm!.. |
Məşədi İbad
: |
Yaxşı, istəmirəm,
istəmirəm!.. |
S ə r v ər: |
Və təvəqqə
edirəm ki, onun kəbini geri oxunsun. |
Məşədi İbad
: |
Bunu kim təvəqqə
edir? |
S ə r v ər: |
Yaz mən deyəni, yoxsa
beynini toz eylərəm! |
Məşədi
İbad : |
Yazıram, yazıram,
sonra? |
S ə r v ər: |
Və onun əvəzində
qulluqçu Sənəmi alıram, yazdınmı? |
Məşədi İbad
: |
Yazdım... |
S ə r v ər: |
De qol qoy! |
Məşədi
İbad : |
Vaxsey!.. Bəs mənim
pullarım... |
S ə r v ər: |
Qol qoy, yoxsa partladaram səni.
(Qol qoydurur). İndi tərpənmə! |
Məşədi İbad
: |
Tərpənmirəm.
|
S ə r v ər: |
Danışma! |
Məşədi İbad
: |
Danışmıram. |
Sərvər dal-dalı
gedib S ə n ə m i gətirir |
S ə r v ər: |
Bax bu sənin arvadındır.
(Dal-dalı gedir). İndi tərpənmə! |
Məşədi
İbad : |
Tərpənmirəm.
|
S ə r v ər: |
Danışma! |
Məşədi
İbad : |
Danışmıram |
Sərvər birdən
dönüb cəld qaçır.
|
Məşədi
İbad : |
(çığırır).
Ədə tutun, ədə qoymayın. Ay, tez olun,
qaçdı! Ədə, bu nə iş idi mənim
başıma gəldi, ay tutun, ay qoymayın!.. |
Camaat hamısı
dolur içəri, səs-küy düşür. |
Həsənqulubəy: |
Ədə, bir dayan görək
nə olubdur. Məşdi İbad, nə olub, nəql
eylə görək! |
Məşədi
İbad : |
Əşi, siz bu gəlini
gətirəndə bir baxmadınız görək,
bu kişidir, yoxsa arvaddır? |
Hamı: |
Bu nə əcəb sözdür?!
Həlbəttə, gəlin arvad olar! |
Məşədi
İbad : |
Amma bu gəlin kişi
çıxdı. Rüstəm bəy mənim evimi
yıxdı, qızın əvəzinə mənə
kişi göndərdi. o da qaçdı getdi. |
Hamı: |
Paho!.. Bu nə işdir
ki, o görübdür, belə də adam aldatmaq
olarmı? |
Birisi : |
Bəs nə tövr olsun,
neyləməli?
|
Həsənqulubəy: |
Məşədi, bir əlli
manat ver, gedim bu saat qubernatoru buraya gətirim? Razısan? |
Məşədi
İbad : |
(azarlı kimi).
Yox... |
Rza bəy: |
Məşədi, iyirmi
manat ver, bu saat qəzetdə Rüstəm bəyi
biabır eyləyim, razısan. |
Məşədi
İbad : |
Yox.. |
Əsgər: |
Məşədi, bir otuz
manat ver, gedim Rüstəm bəyin beyninə bir
patron çaxım, razısan? |
Məşədi
İbad : |
Yox.. |
Hamı: |
Bəs nə eyləməli? |
Məşədi
İbad : |
Gedin qazıya deyin ki,
bu arvadın kəbinini mənim üçün
kəssin! |
Hamı: |
Ha!.. Bu başqa məsələdir.
Nə eləmək: o olmasın, bu olsun, heç
pis deyildir. |
|
Hamı: |
Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin. (2 dəfə)
(Sənəmə) Məşədiyə
arvad edək, Razısan? |
S ə n ə
m: |
Hə!.. Hə!.. |
Hamı: |
(Məşədi İbada).
Razısan? |
Məşədi
İbad : |
Hə!.. Hə!.. |
Hamı: |
Razısız? |
Məşədi
İbad və Sənəm: |
Hə!.. Hə!.. |
Hamı: |
Bəs gedək biz? |
Məşədi
İbad : |
Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin. (2 dəfə)
(Sənəmə) Səni mənə arvad
edə, razısan? |
S ə n ə
m: |
Hə!.. Hə!.. |
Hamı: |
(xora). Razısız? |
Xor: |
Hə!.. Hə!.. Razıyıq!..
Hə, Hə!. Bəs gedək biz? |
Bu
əsnada səhnənin dal pərdəsi qalxır,
Sərvər ilə Gülnaz hündürdə
dayanıb görünürlər. Tar çalınır.
|
S ə r v ər: |
(bayatı-qaçar
oxuyur).
Yetdim vüsalına yarın, çəkdim əzabını,
Aşiqsə vəsl yolunda verər, əlbəttə,
canını. |
G ü l n a z: |
Çün qalxdı pərdə,
əyan oldu hər kəsə,
Mə'şuqə aşiqə vasil edər əlbəttə
canini. |
Hamı: |
(Məşədi İbada).
Sən qoca, qız cavan,
Səndə yoxdur eşq odu.
Sərvərindir eşqi, (2 dəfə)
Sənə olmaz heç meyli. (2 dəfə) |
Məşədi
İbad : |
Yanıma gəl, arvad,
yanıma gəl, (2 dəfə)
Yanıma gəl, et məni şad!.. (2 dəfə)
|
Hamı: |
Pulunu verdin sən, Məşədi
İbad,
Əlinə düşdü dul arvad,
Qəm yemə hərçi badəbad,
Olmasa o, bu olsun!.. |
P ə r d ə
|
|