Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


İKİNCİ MƏCLİS

Rustəm bəyin həyəti ilə küçədə vaqe olur. Rustəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə Sərvər ilə Gülnaz görunür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda «şahnaz» çalınır. Pərdə qalxır.

audio
video
S ə r v ər:

Cahanda var görəsən dərdi-eşqə bir çara, Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara.

G ü l n a z: Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı, Dübarə tişəni çaldırdı başa o biçara,

M u s i q i

İ k i s i b i r y e r d ə: Çün bahar oldu açıldı...
Gül açıldı hər yanda.

M u s i q i

  Çün bahar oldu açıldı...
Gül açıldı hər yanda.
Bülbül etdi ahü zarü
Nalə çəkdi oxudu (2 dəfə)

M u s i q i

  Çünki gördü xari bülbül,
Seylədi ki, ey birəhm!

M u s i q i

 

Çünki gördü xari bülbül
Söylədi ki, ey birəhm!
Səndə yoxdur eşq odu,
Gəl həzər et naləmdən. (2 dəfə)

M u s i q i

Bu əsnada Məşədi İbad, əlində bir yaylıq alma və armud küçədən gəlib, hasarın yanında dayanır.

audio
Məşədi İbad : Mən istəyirdim ki, adaxlıbazlığa gecə gələm, halbuki, gündüz də bu hasardan aşmaq çətindir. Ya allah!.. (İstəyir hasardan aşsın, amma bacarmayır). Yox görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır). Ada, hambal!
Hambal: (yüyürür). Nə deyirsən, Məşədi? Yükün nədir? (Kəndirini çıxardır).
Məşədi İbad :

(cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.

Hambal:

Məşədi, olmaya oğurluğa gedirsən?

Məşədi İbad :

Kəs səsini, axmaq! Adaxlıbazlığa gedirəm!

Hambal:

Məşədi, allah qüvvət versin, amma belimi şikəst eylərsən. (Yıxılır. Məşədi İbad onun belinə çıxır və hasardan baxır).

Məşədi İbad :

Ada, hambal, o yaylığı mənə ver!

Hambal:

Məşədi, tərpənsəm yıxılarsan ki...

Məşədi İbad :

Dayan görüm! (Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, alma, armud yerə dağılır).

Məşədi İbad :

(hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o kimdir?

G ü l n a z:

(onu görüb). Vay, dədəm vay!.. O kimdir? Mən qaçıram! (Qaçır).

Məşədi İbad :

(Sərvərə). Oğlan, sən kimsən?

S ə r v ər:

Bəs sən kimsən?

Məşədi İbad :

Mən Məşədi İbadam!

S ə r v ər:

Mən Sərvərəm!

Məşədi İbad :

Bəs sən orda nə qayırırsan?

S ə r v ər:

Bəs sən orda nə qayırırsan?

Məşədi İbad :

Mən adaxlıbazlığa gəlmişəm!

S ə r v ər:

Mən də adaxlıbazlığa gəlmişəm!

Hambal:

A Məşədi, belim şikəst oldu!

Məşədi İbad :

Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan?

S ə r v ər:

Qoçaq, bəs sən kimin adaxlısısan?

Məşədi İbad :

Mən Rüstəm bəyin qızı Gülnaz xanımın!

S ə r v ər:

Mən də Rüstəm bəyin qızı Gülnaz xanımın!

Məşədi İbad :

(acıqlı). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən?

S ə r v ər:

Axmaq sənsən ki, hasara dırmaşmısan!

Hambal:

A Məşədi, belim qırıldı, düş aşağı!

Məşədi İbad :

Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim! (Düşür).

S ə r v ər:

Heç bu iş pis olmadı, görək axırı nə olacaq?

Hambal:

Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən.

Məşədi İbad :

(Hambala). Heç başa düşmürəm ki, bu nə işdir?

Hambal:

Məşədi deyəsən qızın iki namizədi vardır?

Məşədi İbad :

Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun? Ay bivəfa arvad! (Fikrə gedir).

M u s i q i

audio
video
Məşədi İbad :

(rast oxuyur). Mən nə danəstəm əz əvvəl ke, to bi mehro vəfai, Əhdi nabəstən əz on beh ke, bə bəndi ya nə pai.
Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür,
Məcnun o tayda ahü zar edir,
Leyli bu tayda əğyar ilə eyş edir.

M u s i q i

 

İndi mən bu tayda hambal ilə qalmışam,
Yarım da o tayda əğyar ilə söhbət edir.

M u s i q i

 

Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir).


© Musigi Dunyasi, 2005