Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


S ə r v ər:

Məndən cavandır.

G ü l n a z: İstər lap uşaq olsun, lazım deyildir.
S ə r v ər: (gülür). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur,
məndən min kərrə dövlətlidir, amma özü qocadır,
azından bir əlli yaşı vardır. Görsən qorxarsan.
G ü l n a z: Bax, mən daha səbr edə bilmirəm:
günü bu gün atama deyəcəyəm ki,
mən səni sevirəm və səndən başqasına
ərə getməyəcəyəm.
S ə r v ər: Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz gətirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O istəyir ki, bu qohumluqla o kişidən ki, adı Məşədi İbaddır, bir qədər pul yesin. Zərər yoxdur, qoy yesin. Sən atana heç bir söz demə və söz açsa deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm.
G ü l n a z:

(bikef). Mən nə tövr razı olum ki, məni götürüb özgəsinə ərə versin..

S ə r v ər: Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən mən deyənə qulaq as!

Bu halda S ə n ə m daxil olur.

video
S ə n ə m: Bircə o gün ola idi ki, sizin toyunuzda süzə--süzə oynaya idim.
S ə r v ər: İnşaallah, bu yaxında oynarsan.
S ə n ə m:

(sevinir). Necə? Yaxında toy eyləyirsənmi?

S ə r v ər:

Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir.

S ə n ə m:

(bikef).Buy... Başıma xeyir! Bu nə sözdür? O ər kimdir?

S ə r v ər:

Bir qoca kişidir.

S ə n ə m:

Buy!.. Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi?

S ə r v ər:

Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef olma. Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin..

M u s i q i

Ü ç ü b i r y e r d ə.

 

Əcəb sözdür bu əfsanə, (2 dəfə) Düşübdür xəlqin ağzına.(2 dəfə) Gərək Məcnun, gərək Leyli Veribdirlər canın canə. (2 dəfə)

Qapı döyülür

S ə n ə m:

Ax, deyəsən ağa gəlir. (Yüyürüb qapıdan baxır). Ay aman, ağa gəlir; dur qaç!

S ə r v ər:

Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa, söz demə.

G ü l n a z:

Xudahafiz

Sərvər gedir.

M u s i q i

audio
video
R ü s t ə m b ə y :

(daxil olur).Qızım, sənə yaylıq alım!

G ü l n a z:

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y :

Qızım, sənə başmaq alım!

G ü l n a z:

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y :

Qızım, sənə corab alım!

G ü l n a z:

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y :

Qızım, sənə tuman alım!

G ü l n a z:

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y :

Qızım, səni... Qızım, səni... Qızım, səni ərə verim!

G ü l n a z:

Yox, dədə, qurbanın olum! Yox, dədə qurbanın olum!

M u s i q i


© Musigi Dunyasi, 2005