Rza vaqe olub Həsənqulu
bəyə baş əyir və Məşədi
İbadın yanına gedir.
|
Rza bəy : |
Salamünəleyküm,
Məşədi! A kişi, bu nə əhvalatdır,
deyirlər ki, qızın iki adaxlısı var imiş! |
Məşədi
İbad : |
Ay Rza bəy, səndən
bir təvəqqəm var, sən gəl qələmi
al əlinə və bu əhvalatı qəzetdə
yaz, Rüstəm bəyi biabır eylə, çox
təvəqqə edirəm! |
Rza bəy : |
Bağışlayın,
Məşədi, mən onu eyləyə bilmərəm! |
Məşədi
İbad : |
Neyçün? |
Rza bəy : |
Çünki o cür
şey mənim məsləkimə müğayirdir,
bu iş sənin öz xüsusi işindir, camaata
nə dəxli var qəzetdə yazam?! |
Məşədi
İbad : |
A kişi, vallah,
elə bunun özu qəzet əhvalatıdır. |
Rza bəy
: |
Yox,
Məşədi. Mən bacarmaram və heç vaxt
müğyir-məslək iş görə bilmərəm! |
Məşədi
İbad : |
(əlini
çibinə salıb, bir yüzlük çıxardır
və guya kağız əvəzinə göstərir).
A kişi; axır bu bir parça kağızı yazmaq
çətin şeydirmi? |
Rza bəy : |
(pulu görür).
Hə!.. Bu başqa məsələdir, indi başa
düşdüm ki, sən nə deyirsən; yazaram,
çox yaxşı yazaram! |
Məşədi İbad
: |
Bax, elə yaz ki, xalq oxuyub
Rustəm bəyə zad eyləsin... Adı nədir?!..
Siz ona nə deyirsiniz? |
Rza bəy : |
İzhari-nifrət! |
Məşədi İbad
: |
Hə,hə!…İzhari-nifrət,
izhari-nifrət! |
Bu halda intelligent H
ə s ə n gəlir.
|
Həsən bəy : |
Sən keçən səfər
məni askarbit eləmişsən, zato mən səni
suda çəkmişəm. |
Məşədi İbad
: |
A kişi, sən allah, əl
çək məndən. Mənə meymun dedin bəs
deyil, sonra da suda çəkirsən?! |
Həsən bəy : |
Xeyr, əl çəkmərəm,
gərək sudda cavab verəsən. |
Məşədi İbad
: |
Ay camaat, mən burda öz
həşrimə qalmışam, bu da gəlibdir
ki, səni suda çəkirəm! |
Həsənqulu bəy : |
(Məşədini bəri
çəkir). Məşədi, ağzına
bir şey ver, rədd olsun! |
Məşədi İbad
: |
Yə'ni buna da pul verim? |
Həsənqulu bəy : |
Bir əlli manat ver, əl
çəkər. |
Məşədi İbad
: |
(çıxardır).
Ala, ala, rədd ol başımdan!.. |
Həsən bəy : |
Eto druqoye delo. Ərizəmi
geri alaram. |
Məşədi İbad
: |
Diriqoy, ya qeyri diriqoy... |
Hambal: |
A Məşədi, bu qədər
xəlqə pul paylıyırsan, mənə də
bir abbası ver, belimi sındırıbsan! |
Məşədi İbad
: |
Əşi, rədd o ol
yana, bir sən qalmışdın ki, məni soyasan.
(Yüyürür hambalın üstə, hambal
qaçır, amma sonra yenə gəlir). |
Həsənqulu bəy : |
Həzərat! Gəlin
bu məsələni müzakirəyə qoyaq. Axı
belə iş olmaz ki, Rüstəm bəy eyləyir,
bu kişi də axı yazıqdır. Pulu gedir,
özü də biabır olur. Gəlin bu saat Rüstəm
bəyi bura çağıraq və onunla seryoznı
danışaq! |
Hamı: |
Əlbəttə, əlbəttə. |
Qapını döyürlər.
R ü s t ə m bəy gəlir. |
|
|
Böylə olmaz ki, sən
aldadasan bizi,
Sən verirsən qızı
Özgə adama ərə getsin. (2 fədə)
Bəs bu kişi yazıq necə etsin? (2 dəfə)
|
Məşədi İbad
: |
Allaha and olsun, budur deyirəm:
Qızı mənə, qızı mənə gərək
verəsən.
Verməsən hərgah, eylərəm bədnam,
Çünki mən bir adamam, baxmaram bəyə.
|
Hamı: |
Böylə olmaz ki, sən...
(i. a...).
|
Rüstəm bəy
: |
Sözün doğrusu,
mən qanmıram ki, siz nə deyirsiniz! |
Məşədi İbad
: |
Necə qanmırsan? Mənim
pulumu yeyib, yalandan deyirsən ki, qızı sənə
verəcəyəm, amma özgəsinə verirsən.
|
Rüstəm bəy : |
Kim deyir onu? |
Məşədi İbad
: |
Öz gözümlə
gördüm ki, sənin qızının yanında
bir cavan oğlan durubdur, soruşdum ki, ədə,
sən kimsən, dedi: mən qızın adaxlısıyam! |
Rüstəm bəy : |
Ha, ha, ha,!.. O kişi zarafat
edibdir. Bilirsənmi o kimdir? O qızın öz dayısıdır.
Səninlə lotuluq eləyibdir. Sən də inanırsan
və bir də (onlara) Həsən-qulu bəy, Rza
bəy, sizin üçün eyb olsun ki, bu cürə
axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz.
Mən çox inciyirəm. |
Həsənqulu bəy: |
Rüstəm bəy, vallah,
bağışla bizi, Məşədi İbad yoldan
çıxartdı. |
Rza bəy: |
Sən allah incimə bizdən,
burada, rus demişkən, nedarazumeniya əmələ
gəlibdir. |
Məşədi
İbad : |
(Rüstəm bəyə
tərəf gedib, əlindən tutur). Bağışla,
bəy, allah səndən razı olsun ki, bizi şəkki-şübhədən
çıxartdın. Amma, vallah, əhvalım çox
pəri-şan olmuşdu. Ə kişi, mən deyirəm
ki, axı Rüstəm bəy kişidir, belə
şey eləməz. Qərəz ki, allah şeytana
lə'nət eyləsin! (Gülə-gülə).
Rustəm bəy mən istəyirəm ki, toyu bu
günlərdə başlayam. Nə deyirsən? |
Rüstəm bəy
: |
Çox da yaxşı olar,
nə qədər tez olsa, bir o qədər yaxşıdır. |
Məşədi
İbad : |
Onda mən bu gün istixarə
elətdirərəm, bu yaxın xoş günlərin
birində toyumuzu başlarıq. |
Hamı: |
Allah mübarək eyləsin!
Məşədi İbad, toy hamamında bir yerdə
çimək. |
Məşədi
İbad : |
İnşaallah, bir yerdə
çimərik. (Kənara). Bu şərtlə
ki, hamam pulu sizdən!
|
Hamı: |
Məşdi İbad, çox
mübarək olsun! (2 dəfə)
Toyun sənin çox mübarək əst! (2 dəfə)
|
Məşədi
İbad : |
Çox sağ olun, çox
da razıyam,
Zəhmət çəkib iş düzəltdiniz.
|
Hamı: |
Məşdi İbad, çox
mübarək olsun!
Toyun sənin çox mübarək olsun!
Çox mübarək olsun, çox mübarək olsun!
Olsun, olsun, olsun, olsun!.. |
P ə r d ə
|