Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


Gülnaz ilə Sərvər çıxıb oxuyurlar

audio
video
S ə r v ər:

(şikəstəyi-fars oxuyur). Ey mələksima ki, səndən özgə heyrandır sana, Həqq bilir, insan deməz, hər kim ki, insandır sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

G ü l n a z və S ə r v ə r: (təsnif oxuyurlar). Gözəlim sənsən mənim.

M u s i q i

  Mehribanım, həmdəmim.

M u s i q i

  Dəxi yoxdur heç qəmim,
Çox şükür sənə, ey xuda! (2 dəfə)
Olmadıq biz əğyarə fəda. (2 dəfə)

M u s i q i

  Sən mənimsən, mən sənin.

M u s i q i

 

Ola bilməz özgənin.

M u s i q i

  Həmi bir can, bir tənin,
Çox şükür sənə, ey xuda! (2 dəfə)
Olmadıq biz əğyarə fəda. (2 dəfə)

M u s i q i

  Dərdimə tapdım dava,
Qalmadı heç bir cəfa. (2 dəfə)
Axır ki, gördük səfa,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyara fəda. (2 dəfə)
Əğyara fəda, əğyara fəda... (2 dəfə)

Bu əsnada Qoçu Əsgər və başqa adamlar gəlib, Məşədi İbadla birlikdə hasarın dalında dayanıb baxırlar.

audio
video
Məşədi İbad :

Eşidirsiniz? Bayatı oxuyur.

Bunlar hasarın deşiklərindən baxırlar.

G ü l n a z:

Aləmi pərvanəyi-şəm'i-camalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Əsgər:

Oxa! Qız da oxuyur ki!

Məşədi İbad :

İndi gördünmü iş nə haldadır?

Əsgər:

Məşədi İbad, bir bəri zəhmət çək (qabağa götirib, nə isə deyir)

S ə r v ər:

Çıxma, yarım, gecələr, əğyar tə'nindən sakın, Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Əsgər:

İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın.

Məşədi İbad :

Mən yazıq bir o qədər pulu sənə haradan verim?

Əsgər:

Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək!

Məşədi İbad :

Bir bura bax. Yaxşı, verərəm. Sabah gəl pulları apar, amma indi bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrım çatlayır.

M u s i q i

audio
video
Qo ç u l a r:

Ey kimsən orda, aç qapını!
Aç qapını, gələk səni öldürək!

M u s i q i

Məşədi İbad :

Pişto doludur, hazır etmişik,
Aç qapını, gələk səni öldürək!
Ey, kimsən orda, aç qapını!
Aç qapını, gələk görək kimdir o.
Ey kimsən, ey, aç qapını!
Aç qapını, gələk səni öldürək!

G ü l n a z:

Ah, Sərvər, qorxuram, səni öldürər bunlar.
Gəl tez buradan qaçaq, tez-tez, gedək özgə şəhərə.
Ah, Sərvər, qorxuram,
Açma gəl qapını sən.
Yoxsa səni öldürər
Qoçunun gülləsi.
Gəl bəri, Sərvər, gəl!

Qo ç u l a r:

Aç qapını!

S ə r v ər:

Söyləyin görüm bir siz,
Nə istəyirsiniz məndən?
Nə lazım sizə bu evdən,
Ta xəlqin qapısından.
Qorxmuram mən sizdən,
Hər nə bilsəniz edin!
Yaxşısı budur, siz gedin,
Öz iş-gücünüzə.

Qo ç u l a r:

Sənsən Məşədi İbadın
Gəlinin əlindən alan.
Sənsən xəlqin evin yıxan.
Səndə vardır çox günah,
Gəldik səni öldürək.
Ta kim, Məşədi xoş olsun.
Biz də ondan iul alaq,
Eyşü işrətə məşqul olaq Ondan biz!

Əsgər:

(qoçulara). Çıxardın piştoları, hazır olun! Mən bir, iki, üç dedikdə siz atın! Hazır olun! Bir... iki...

Sərvər fit çalır, qaradovoy çağırır. Qoçular həmən saat qoyub qaçırlar. Hambal ilə Məşədi İbad dəxi qaçırlar. Sərvər gulür.

G ü l n a z:

Ax, qorxudan ürəyim üstümdə durmur.

S ə r v ər:

Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan?

Bu əsnada Rüstəm bəy küçədə vaqe olub, həyətə girmək istəyir.

Rüstəm bəy :

Hərçənd Məşədi İbadın bir-ikimin manat qulağını kəsdim, amma Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun.

İstəyir ki, içəri girsin, bu əsnada S ə r v ə r dəxi həyətdən çıxır. Bunlar bir-birini görüb, bir qədər təəccub ilə baxışırlar.

audio
video
Rüstəm bəy :

Sən kimsən və mənim evimdə nə qayırırsan?

S ə r v ər:

Mən bir student babayam və sənin evində heç nə eyləmirəm.

Rüstəm bəy :

(acıqlı). Bu saat de görüm, nə cür'ət edib mənim evimə gəlibsən?

G ü l n a z:

Öldürəcəkdir, hamımızı qıracaqdır.

Sənəm:

Allah, sən saxla, yazığıq!..

S ə r v ər:

Mən sənin evinə heç vaxt gəlməzdim, hərkah sənin qızına aşiq olmasaydım və sənin qızın da mənə aşiq olmasa idi.

Rüstəm bəy :

(hirs ilə). Bu nə sözdür danışırsan? Nə cür'ət edirsən? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar.

S ə r v ər:

Patronu mən özüm çaxacağam.

Rüstəm bəy :

Kimə?

S ə r v ər:

Özümə!


© Musigi Dunyasi, 2005