Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


BİRİNCİ MƏCLİS

Rüstəm bəyin evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər cərkə ilə durub oxuyurlar.  

audio
video

M u s i q i

H a m ı.

Nə sözdür kim, deyir məxluq (2 dəfə)
Ki, Leyli oldu ğeyrə yar. (2 dəfə)

M u s i q i

  Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2dəfə)

M u s i q i

  Həqiqi aşiqin yoxdur (2 dəfə)
Rəqibi, düşməni, xari. (2 dəfə)

M u s i q i

  Əbəs sözdur bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

Pərdə enir. Hamı dağılır. Sərvər ilə Gülnaz qalırlar. Tarda segah çalınır, pərdə qalxır.

audio
video
S ə r v ər: (oxuyur).Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.
G ü l n a z:

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

S ə r v ər: Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
G ü l n a z:

Qəmindən şəm' tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

S ə r v ər: Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli eşq zövqün zövqi-eşqi var olandan sor.
audio
G ü l n a z: (danışır). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər?
S ə r v ər:

Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm.

G ü l n a z:

Nə olub, söylə görək?

S ə r v ər:

O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir..

G ü l n a z:

(qorxu ilə). Kim deyir onu?

S ə r v ər:

Mən deyirəm, doğru yerdən bilmişəm.

G ü l n a z:

Bəs atam mənə heç zad deməyibdir.

S ə r v ər:

Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir, sənin borcun onun sözünə qulaq asmaqdır.

G ü l n a z:

(acıqlı). Yox-yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm; qoy məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcəyəm.

S ə r v ər:

Axı o ər məndən dövlətlidir.

G ü l n a z:

Cəhənnəmə olsun.

S ə r v ər:

Məndən gözəldir.

G ü l n a z

Çox mənə lazımdır!


© Musigi Dunyasi, 2005