İçəridən
gəlirlər. Bəy hamamdan çıxır.
Zurnaçılar çalmağa başlayırlar.
Pərdə enir, Amma zurna səsi gəlir. İki
dəqiqədən sonra pərdə qalxır.
Zurna kəsir. Səhnədəkilər geyinmələrini
tamam edirlər. Məşədi İbad yaxasını
düymələyir, sonra əlinə aynanı
alıb, saqqalına baxır. Həsənqulu bəy
surtukunu geyir, Rza bəy varatnikini taxır. Həsən
bəy başını darayır. Əsgər
çəkmələrini geyir, hambal patavasını
dolayır. Sairələr də kimi başını
qurudur, kimi düymələrini bağlayır.
|
Məşədi
Qəzənfər : |
Məşədi İbad,
səhhəti-vücud! Allah mübarək eləsin!
Oğullu-uşaqlı olasan! |
Məşədi
İbad : |
Sağ olasan, vücudun
bibəla olsun! |
Hamı: |
Allah mübarək eləsin,
allah mübarək eləsin! |
Məşədi
İbad : |
(cavab verir. Bir
az sonra ayna əlində). Amma deyəsən bu
səfər dəllək hənanı yaxşı
yaxıbdır, daha ağ tük gözümə
dəymir. |
Əsgər: |
Maşallah, lap
cavan olubsan ki! |
Məşədi
İbad : |
Cavan olmayanda qoca
deyiləm ki... |
Məşədi
Qəzənfər : |
(bəylərə).
Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki
sizlər bizim hamamlara gəlməzsiniz, ona görə
soruşuram. |
Həsənqulubəy: |
Mən
çoxdandır ki, töbə eləmişdim, ömrum
olanı müsəlman hamamına getməyim, amma
Məşədi İbadın xatirəsi yanımda
o qədər əzizdir ki, töbəmi sındırıb
məhz onun xatirəsi üçün bu hamama gəldim.
Gəldim də... heç, daha keçibdir. |
Məşədi Qəzənfər
: |
Bəs belə! |
Rza bəy: |
Hərgah mən bir papaq
alaydım və o papağa beş yüz otuz altı
manat pul vermiş ola idim və bir nəfər də
o papağı mənim başımdan götürüb
müsəlman hamamının içinə tollaya
idi, mən papaqdan əl çəkərdim, amma
hamama girməzdim. Lakin Məşədi İbada
söz vermişdim deyə, daha sözümdən
qaça bilmədim. |
Məşədi Qəzənfər
: |
(sınır).
Bəydadaş, guya mənim hamamım murdardır?
İçində urus çimir, erməni çimir,
yəhudi çimir?! |
Rza bəy: |
Rəhmətliyin oğlu,
girirəm xəznəyə, bilmirəm ki, bu içində
çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır.
Həzərat, vallah, sabah bunu mən qəzetimdə
yazaram. Belə eləməyin! |
Həsənqulubəy: |
Əşi, insafdır,
o xəznəyə mən də girim, bu hambal da
girsin? (Hambalı göstərir). |
Hambal: |
Bəy, məgər hambal
hamamda çimməz, bəs hambalın canı can
deyil? |
Həsənbəy : |
Rza bəy prav. Doğrudan,
mən də xəznəyə girib bilmədim
ki, sudur, yoxsa ayrı bir jidkostdur. (Həsənqulu
bəyə). No vı, vı rassujdayete kak burjuy!
Necə yə'ni mən də girim, hambal da girsin,
məyər hambal da sənin kimi adam deyil? |
Hambal: |
Əlbəttə, adamam! |
Həsənbəy : |
Onun da iki qulağı
var, sənin də! |
Hambal: |
Əlbəttə, iki
qulağım var, bə nədi? |
Həsənbəy : |
Onun da bir burnu var sənin
də! |
Hambal: |
Əlbəttə, bir
burnum var, bə nədi? |
Həsənbəy : |
Yedinstvennaya raznitsa bundadır
ki... |
Həsənqulubəy: |
(sözünü kəsir).
Bilirsən nə var, Həsən bəy! Sən
keçən səfər Məşədi İbadla
savaşdın, yenə də o bir evin içində
oldu ki, heç kəs bilmədi, amma bura hamamdır,
özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə
edirəm ki, burada savaşmayasan. |
Həsənbəy : |
Net, mən kak istinnıy
narodnik protestuyu! |
Bunlar, — Rza da iştirak
edir, — əllərilə işarələrlə
danışıb bəhs edirlər. |
Məşədi İbad
: |
(adamları nəzərdən
keçirməklə sayır). Görəsən
bunların hamısının hamam pulunu, inşaallah,
mən verəcəyəm, hə?.. Bu bahalıqda
bir bu qədər hamam pulu heç bilirsən neçə
elər? Görüm, hamamçını bir kələkləyə
bilərəmmi? |
Həsənqulubəy: |
(münaqişəyə
davam edərək). Da ostavte menya v pokoye! |
Həsənbəy
: |
Net! Ya doljen protestovat. |
Rza bəy: |
Əşi, ayıbdır
hamamın içində... |
Həsənqulubəy: |
Da protestuyte, skolko xotite! |
Həsənbəy : |
(bərkdən).
Ya ne pozvolyu, çtobı...
Əsgər, Rza tez durub bunların aralarına
girirlər ki, aralaşdırsınlar. |
Əsgər, Rza
tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar. |
Məşədi
Qəzənfər : |
Bunların hamısı,
görünür ki, mənim xəznəmin suyunun
tə'sirindəndir. |
Məşədi İbad
: |
(onlara). Bura bax,
a!.. Cənçəl eləmək neyçün?
Kişinin hamamında iki saatdır ki, müftə
çimib-siniz, hələ bir durub cəncəl
də salırsınız? Eyibdir ki... (Sükut;
hamamçıya müraçiətən). Məşədi
Qəzənfər, sənin yadına gəlməz;
çünki çox kiçikdin, mən ilk toy eləyəndə
ki mərhum Kərbəlayı Murtuzanın qızı,
rəhmətlik Sonanı almışdım, toy
həmin bu hamamda oldu. O zaman sənin oturduğun
yerdə rəhmətlik sənin atan Məşədi
Səməndər əyləşmişdi. Çıxanda
durdum pul verməyə, dedi: ayıbdır ki...
Nə qədər eylədim, pul almadı, yalvardım-yaxardım,
almadı ki, almadı... Qərəz, rəhmətlik
çox gözəl kişi idi... |
Hamı bir-birinə
baxıb himləşir. |
Məşədi Qəzənfər
: |
Heç mənim özümü
demirsən... Keçən həftə bizim Məşədi
Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır.
Gəldilər hamama, gedəndə nə qədər
eylədi, pul almadım, dedi inciyərəm səndən,
dedim mən də inciyərəm səndən,
almadım. Yanında lap bu Həsənqulu bəyə
oxşayan bir nəfər bəy var idi. Çıxartdı
cibindən iki dənə yüzlük ustümə
atdı, istədim almayam, razı olmadı. Əlli
manat dəlləyə verdi. Camadarların hərəsinə
on manat naçay bağışladı; onun sabahı
bir də görüm ki, bir dəst yaxşı
libas, iki kisə ə'la həna, bir kəllə
qənd ğ,ə bir dənə şirniyyat xonçası
gəlibdir. Bunu da toy sahibi Məşədi Muxtar
göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz,
çox canfişanlıq oldu. |
Bəylər himləşib
gözləşirlər. |
Həsənqulubəy: |
(Həsən bəyə).
Vı vezde umestno, neumestno lezite sporit. |
Rza bəy: |
Yenə başladılar
ki... |
Həsənbəy : |
Ya ne moqu, ya doljen protestovat,
ya celovek s ubejdeniyem. |
Həsənqulubəy: |
Da vı, prosto obmanşik
i vse! |
Həsənbəy
: |
(bərkdən).
Çto? Vı menya oskorblyayete? |
Həsənqulubəy: |
(o da bərkdən).
Da oskorblyu! |
Ara qarışır,
Rza, Əsgər, sair qoçular qalxıb, onları
aralaşdırmaq istəyirlər. |
Həsənbəy
: |
V takom sluçaye ya uxoju
i potrebuyu udovletvoreniye za oskorbleniye. (Gedir). |
Rza bəy: |
(onun dalınca).
Həsən bəy, Həsən bəy, hara gedirsən,
bir dayan. (O da onun dalınca gedir). |
Həsənqulubəy: |
(kefsiz) — Həzərat,
bağışlayın, xudafiz!.. (Gedir). |
Əsgər: |
(onun dalınca).
Əşi, bir dayan görək, bu saat hamımız
gedirik! |
Gedir, adamları
da onun dalınca çıxırlar. Qalır hamam
əhli ilə Məşədi İbad və hambal. |
Məşədi
İbad : |
(kənara). Lotular
pul söhbətini eşidib qaçdılar. Yox,
mənim kələyim baş tutmadı! |
Məşədi
Qəzənfər : |
Məşədi, sənin
bu aşnaların nə hirsli adamlardır? |
Məşədi
İbad : |
Havanın tə'sirindəndir.
(Ona). Qərdəş oğlu, haqq-hesabımız
neçə elədi?
|
Məşədi
Qəzənfər : |
Daha onu soruşmazlar ki,
toy hamamıdır, neçə verirsən ver, istərsən
mən də atam kimi səndən heç zad almayım... |
Məşədi
İbad : |
Xeyr, çox sağ ol!
(Kənara). O, mənə baha oturar. (Pul
çıxardır verir). Bəsindirmi? |
Məşədi
Qəzənfər : |
Bəsdir, allah bərəkət
versin! |
Məşədi
İbad : |
(camadarlara). Balam,
ala, bu da sizin! Bunu da içəridəkilərə
verərsiniz. |
Camadarl r: |
Çox sağ ol, Məşədi!
Allah bərəkət versin! |
Hambal: |
Məşədi, abbasını
vermədin, ha!.. |
Məşədi
İbad : |
Adə, get gör bunlar
necə oldu. Deyinən ki, qorxmayın; hamam pulu
verildi , gəlsinlər bəyi hamamdan çıxarsınlar.
(Zurnaçılara). Balam, siz də bir şey
çalın, camaat yığılsın hamama,
çıxaq gedək. |
Zurnaçılar
çalırlar, bir qədər keçmiş çıxıb
gedənlər hamısı geri qayıdırlar. |
Məşədi
İbad : |
(durur). Ya allah!.. |
Hambal kömək
edib duşürür aşağı. Zurnaçılar
da qabaqda çala-çala çıxıb gedirlər.
hamamçı, dəllək Məhərrəm,
Kərbəlayı Nəsir və camadarlar yerlərində
qalır, yenə də əvvəlki sayaqda olurlar. |
Məşədi
Qəzənfər : |
Bu urusbabılar heç
ildə bir dəfə hamama getməzlər, qüsl-təharət
nə olduğunu bilməzlər, gəlib burda
mənim hamamımı pisləyirlər. Əşi,
bir insaf ilə danışaq: harda yuyunub təmiz
olarsan? |
Hamı: |
Hamamda! |
Usta Məhərrəm
: |
Harda suya batıb çıxa
bilərsən? |
Hamı: |
Hamamın xəznəsində. |
Kərbəlayı
Nəsir: |
Daha kim deyə bilər
ki, hamam pis şeydir? |
Hamı: |
Əşi, heç kəs! |
Məşədi
Qəzənfər : |
Bəs elə isə de
gəlsin! |
M u s i q i
|
Hamı: |
Hamamın içində,
içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var.
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..
|
M u s i q i
|
Usta Məhərrəmlə
Məşədi Qəzənfər kürkünü
salıb oynayırlar, camadarlar da çırtıq
vururlar.) |
P ə r d ə
|